Архив Mir Cəfər Bağırov

HEYDƏR ƏLİYEV HAQQINDA BİR XATİRƏ

Posted in СССР и Советский Азербайджан with tags , , , , on 26.07.2012 by istiglal1979

Mir Cəfər Bağırov tez-tez məndən xahiş edirdi ki, büro iclaslarını onsuz keçirim. Prinsipial kadr məsələlərində onun rəyi mənə bəlli idi. Belə iclasların birində gündəlikdə Dövlət Təhlükəsizlik Nazirliyinin beş şöbə rəisinin təqdiqi məsələsi dururdu. Namizədlərin hər biri haqqında nazir F.Yemelyanov məruzə edirdi. O, nazirliyin xarici kəşfiyyat məsələləri ilə məşğul olan ikinci şöbəsinin rəisliyinə dövlət təhlükəsizlik xidmətinin 27 yaşlı podpolkovniki, Leninqradda DTK Ali Məktəbini bitirmiş Əliyev Heydər Əlirza oğlunu birinci olaraq təqdim etdi.

Biz namizədlərin hamısını tədiq etdik. Yaxşı yadımdadır: kabinetdə, büro üzvləri qarşısında biri-birindən yaxşı, şux, əla formada olan beş azərbaycanlı balası həyacanla durmuşdu, düşünürdülər ki, görəsən, büro üzvləri onlara necə münasibət göstərəcəklər? Nə kimi suallar verəcəklər? Lakin hər şey normal keçdi. Mən onların təsdiq olunduqlarını elan edib məsuliyyətləri barədə bir neçə kəlmə deyəndə, hamısının üzündə təbəssüm göründü.  Yeri gəlmişkən deyim ki, həmişə olduğu kimi, birinci namizədə daha çox suallar verildi, o bunları tez və aydın cavablandırdı və mənim yadımda qaldı.

Həmin gün gecədən xeyli keçmiş Yemelyanov mənə zəng vurub soruşdu:

— Mənim qavriklərim (özünə məxsus termin) sizdə necə təəssürat yaratdı?

— Əla idilər, görünür uşaqlar yaxşı hazırllıqlıdırlar. Çox xoşdur ki, azərbaycanlılar arasından belə dövlət təhlükəsizlik kadrları yetişir. Burada sizin də xidmətiniz az deyil, Fyodor Stepanoviç. Yeri gəlmişkən deyim ki, birinci təqdim etdiyiniz Heydər Əliyev, – büro üzvlərinin suallarına onun cavabları hamıdan çox xoşuma gəldi. Söz üçün cibə girən adama oxşamır. Məncə, o, çox irəli gedəcək…

(Azərbaycan SSR-nın görkəmli partiya və hökümət xadimi Həsən Seyidovun xatirələrindən, Ramiz Əhmədov, «Mir Cəfər Bağırov», Bakı, 2004, 2-ci cil)

MİR CƏFƏR BAĞIROV VƏ MİLLİ KADRLAR

Posted in Блиндаж политрука, СССР и Советский Азербайджан with tags on 26.07.2012 by istiglal1979

Mir Cəfər Bağırov birinci katib seçilərkən, AK(b)P MK büro üzvlərinin 11 nəfərindən 4 nəfəri, Bakı Komitəsi bürosunun 5 nəfərindən hamısı, büro üzvlüyünə namizədlərin 16 nəfərindən 14 nəfəri azərbaycanlı deyildisə, 1947-ci ildə Azərbaycan KP MK katiblərinin hamısı, MK bürosunun və hökumətin tərkibində əksəriyyət azərbaycanlılardan ibarət idi. Həmin il təsdiq olunmuş 34 hökumət üzvündən 29-u azərbaycanlı idi.

(AR SPİHMDA, f.1, s.168, i.7, v. 1-6)

Azərbaycan hüquq-mühafizə sistemində – daxili işlər nazirliyi, prokurorluq, dövlət təhlükəsizlik orqanlarında da işə daha çox milli kadrlar cəlb olunurdular. 1951-ci ildə Azərbaycan prokurorluq işçilərinin 75 faizini azərbaycanlılar təşkil edirdilər. Azərbaycan SSR Prokurorluğunun mərkəzi aparatında olan 49 nəfər əməkdaşın 30-u azərbaycanlı və cəmi 5 nəfəri erməni idi. 1947-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin 23 nəfərlik yeni tərkibində 16 nəfər azərbaycanlı, 5 nəfər rus və yəhudi, 2 nəfər erməni seçildi ki, bu da respublika əhalisinin milli tərkibinə uyğun idi. Maraqlıdır ki, Azərbaycanda sonrakı 40 il ərzində kadrların milliləşdirilməsində «Bağırov həddi» aşılmaz qaldı.

(Ramiz Əhmədov, «Mir Cəfər Bağırov», Bakı, 2004, 1-ci cild, s. 197)

MİR CƏFƏR BAĞIROVUN 1934-CÜ İLİN NOYABR AYINDA AK(b)P-NIN XII-Cİ QURULTAYINDAKI MƏRUZƏSİNDƏN

Posted in Блиндаж политрука, СССР и Советский Азербайджан with tags , on 05.07.2012 by istiglal1979

«1914-cü ildə məktəblərdə oxuyan türk uşaqlarının sayı cəmi 22 min nəfər idi. 1918 – 1920-ci illərdə, yəni Müsavat dövründə, bu rəqəm 16 min nəfərə endi. 1932-ci ildə isə orta məktəblərdə təhsil alan türk uşaqların sayı 235 min nəfərə çatdırıldı. Və bütün bunlar sadə zəhmətkeşlərin – fəhlə və kolxozçuların balalarıdır.»

(Mir Cəfər Bağırovun 1934-cü ilin noyabr ayında AK(b)P-nın Xll-ci qurultayındakı məruzəsindən).

1927-CI İLDƏ SSRİ İLƏ İRAN SƏRHƏDİNDƏKİ HADİSƏ BARƏDƏ

Posted in Блиндаж политрука, СССР и Советский Азербайджан with tags , on 04.06.2012 by istiglal1979

Mir Cəfər Bağırov 1926-cı ilə qədər banditizmə və təxribatçılığa qarşı mübarizə üzrə Fövqaladə Komissiyanın (sonra onun əsasında təşkil olunmuş Dövlət Siyasi İdarəsinin, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsinin) sədri idi. 1927-ci ildə «yolverilməz hərəkətlərinə», yəni Qarabağda erməni banditlərini təqib edərək İranla dövlət sərhədini keçdiyinə və bu banditləri məhv edərkən sərhədyanı kəndlərdən birində bir neçə kəndli evini yandırdığına, beləliklə SSRİ və İran arasında konflikt predmeti yaratdığına görə Bağırovu vəzifədən azad edib təsərrüfat işinə göndərdilər.

(Azərbaycan SSR-nın görkəmli partiya və hökümət xadimi Həsən Seyidovun xatirələrindən, Ramiz Əhmədov, «Mir Cəfər Bağırov», Bakı, 2004, 2-ci cild)

MİR CƏFƏR BAĞIROV HAQQINDA KİÇİK BİR XATİRƏ

Posted in Блиндаж политрука with tags , , on 17.05.2012 by istiglal1979

Əsasən azərbaycanlılardan təşkil olunmuş 297 saylı atıcı alayın keçmiş əsgəri, Böyük Vətən Müharibəsi veteranı Məmmədhəsən Rəhimovun xatirələrindən (Abbas Cilovdarlının «Nələr gördüm» kitabından):

Читать далее