MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ SOVET AZƏRBAYCANI HAQQINDA

«Hər şeydən əvvəl indi Azərbaycanda oxumağı-yazmağı bilməyənlərin sayı aşağı səviyyəyə enmişdir. Türkcə çap edilən qəzet və kitabların tirajı xeyli artırılmışdır. Almaniyada rast gəldiyimiz azərbaycanlı hərbi əsirlər arasında oxuyub-yazmağı bilməyənlərə rast gəlmədik. Azərbaycanlılar arasında müxtəlif ixtisaslar sahəsində yetişmiş adamların sayı diqqətəlayiq bir vəziyyətdədir. Alimlik qadınlara da aiddir. Bakı Universitetindəki professorların arasında azərbaycanlı qadın professorları da vardır. Ədəbiyyatda, teatrda, musiqidə böyük bir irəliləyiş müşahidə edilir. Elmi araşdırmalar sahəsində də bəzi irəliləyişlər qeyd olunur. Bakıda Nizamiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadəyə və Ələkbər Sabirə heykəllər ucaldılmışdır. Onların əsərləri yenidən çap edilmiş, külliyyatları nəşr olunmuşdur. Adlarına muzeylər, məktəblər, kitabxanalar açılmışdır. Dünya ədəbiyyatı örnəklərindən tərcümələr var. Şərq və Qərb klassiklərindən bir qisminin əsərləri Azərbaycan dilinə çevrilmişdir. Bir çox orijinal pyeslərdən başqa Azərbaycan teatrının repertuarı Avropa dramaturqlarının tərcümə edilmiş pyesləri ilə zənginləşdirilmişdir. Əlbəttə ki, ilk növbədə rus yazıçılarına üstünlük verilmişdir. Yeni istedad sahibi artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdir. Bundan başqa, məşhur bəstəkar Hacıbəyli Üzeyir bəylə başlayan Azərbaycan musiqili səhnəsi böyük addımlarla irəliləmişdir. Sovet İttifaqına daxil olan millətlər arasında Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdir. Azərbaycanlılar öz məmləkətlərinə “şer və musiqi yurdu” deməyi sevirlər. Elm, tarix, ədəbiyyat tarixi və incəsənətə dair bəzi ittifaqlar və jurnallar təsis olunmuş, bəzi tədqiqatlar və antologiyalar nəşr edilmişdir».

(M.Ə.Rəsulzadə, «Çağdaş Azərbaycan tarixi», Ankara, 1951-ci il).

Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

%d такие блоггеры, как: