Архив Heydər Əliyev

HEYDƏR ƏLİYEV HAQQINDA BİR XATİRƏ

Posted in СССР и Советский Азербайджан with tags , , , , on 26.07.2012 by yoldash1979

Mir Cəfər Bağırov tez-tez məndən xahiş edirdi ki, büro iclaslarını onsuz keçirim. Prinsipial kadr məsələlərində onun rəyi mənə bəlli idi. Belə iclasların birində gündəlikdə Dövlət Təhlükəsizlik Nazirliyinin beş şöbə rəisinin təqdiqi məsələsi dururdu. Namizədlərin hər biri haqqında nazir F.Yemelyanov məruzə edirdi. O, nazirliyin xarici kəşfiyyat məsələləri ilə məşğul olan ikinci şöbəsinin rəisliyinə dövlət təhlükəsizlik xidmətinin 27 yaşlı podpolkovniki, Leninqradda DTK Ali Məktəbini bitirmiş Əliyev Heydər Əlirza oğlunu birinci olaraq təqdim etdi.

Biz namizədlərin hamısını tədiq etdik. Yaxşı yadımdadır: kabinetdə, büro üzvləri qarşısında biri-birindən yaxşı, şux, əla formada olan beş azərbaycanlı balası həyacanla durmuşdu, düşünürdülər ki, görəsən, büro üzvləri onlara necə münasibət göstərəcəklər? Nə kimi suallar verəcəklər? Lakin hər şey normal keçdi. Mən onların təsdiq olunduqlarını elan edib məsuliyyətləri barədə bir neçə kəlmə deyəndə, hamısının üzündə təbəssüm göründü.  Yeri gəlmişkən deyim ki, həmişə olduğu kimi, birinci namizədə daha çox suallar verildi, o bunları tez və aydın cavablandırdı və mənim yadımda qaldı.

Həmin gün gecədən xeyli keçmiş Yemelyanov mənə zəng vurub soruşdu:

- Mənim qavriklərim (özünə məxsus termin) sizdə necə təəssürat yaratdı?

- Əla idilər, görünür uşaqlar yaxşı hazırllıqlıdırlar. Çox xoşdur ki, azərbaycanlılar arasından belə dövlət təhlükəsizlik kadrları yetişir. Burada sizin də xidmətiniz az deyil, Fyodor Stepanoviç. Yeri gəlmişkən deyim ki, birinci təqdim etdiyiniz Heydər Əliyev, – büro üzvlərinin suallarına onun cavabları hamıdan çox xoşuma gəldi. Söz üçün cibə girən adama oxşamır. Məncə, o, çox irəli gedəcək…

(Azərbaycan SSR-nın görkəmli partiya və hökümət xadimi Həsən Seyidovun xatirələrindən, Ramiz Əhmədov, «Mir Cəfər Bağırov», Bakı, 2004, 2-ci cil)

Отслеживать

Get every new post delivered to your Inbox.